Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikasında işgüzar səfərdə olub.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, səfər Acarıstan hökumətinin sədri Arçil Xabadzenin dəvəti ilə baş tutub.
Keçirilən görüşdə A.Xabadze Gürcüstan və Azərbaycan, həmçinin Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, hazırda hər iki muxtar respublika arasındakı əlaqələr bir çox istiqamət üzrə uğurla inkişaf edir. Təhsil, səhiyyə, nəqliyyat-ticarət və digər sahələrdə səmərəli əməkdaşlıq mühüm əhəmiyyətə malikdir.
Öz növbəsində V.Talıbov muxtar respublikalar arasında mövcud əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib. Onun sözlərinə görə, ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələrimiz əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir. Ali Məclisin sədri qeyd edib ki, muxtar respublikanın sahibkarlıq subyektləri Acarıstan iqtisadiyyatına birbaşa investisiya qoyublar.
“Bizim əlaqələrimiz hər iki tərəfin insanlarını daha da yaxınlaşdırmaq və onlara xidmət əlaqəsidir”, - deyə V.Talıbov bildirib.
Görüşdə mədəniyyət, turizm, idman və təhsil sahələrində ikitərəfli əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb və qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri müzakirə olunub.
V.Talıbov Acarıstan Ali Sovetinin sədri Avtandil Beridze ilə də görüşüb.
A.Beridze dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edən münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Ali Məclisin sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin dinamik inkişafa malik olduğunu, əməkdaşlığın hazırkı səviyyəyə çatmasında parlamentlərarası münasibətlərin də mühüm rol oynadığını bildirib.
Bundan başqa, V.Talıbov Şota Rustaveli adına Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.
O, Batumi Dövlət Universitetinin prorektoru İrakli Baramidze Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan səmərəli elmi əməkdaşlığın, aparılan qarşılıqlı tələbə və elmi informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb, ali təhsil ocaqları arasındakı əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə çıxış edən V.Talıbov bildirib ki, “əlaqələrimizin genişlənməsində ziyalıların, elm və təhsil işçilərinin əməkdaşlığına mühüm əhəmiyyət veririk”. O qeyd edib ki, hər iki universitet arasında 2012-ci ildən tələbə və müəllim mübadiləsi həyata keçirilir. Hər iki tərəfin elm və təhsil müəssisələrində keçirilən beynəlxalq elmi konfranslarda gürcü və azərbaycanlı alimlər iştirak edirlər. Batumi Dövlət Universitetində yaradılmış “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyası dərinləşən dostluğun və təhsil əlaqələrinin gözəl nümunəsidir. V.Talıbov Şota Rustaveli adına Batumi Dövlət Universitetinin fəxri doktoru adını daşımağın onun üçün fəxr olduğunu vurğulayıb.
Sonra Ali Məclisin sədri Batumi Dövlət Universitetinə kompüter dəstləri hədiyyə edib.
Q.Hüseynova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət