Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “Unibank” Azərbaycanın “Dalğıc LLC” neft-servis şirkətinə $10 mln. məbləğində kredit ayırır. Bu barədə AYİB-in məlumatında qeyd edilir.
Kredit vəsaitləri şirkət tərəfindən kənardan idarəetmə (ROV) üçün yeni avadanlığın alınmasına və yeni anbarın tikintisinə yönəldiləcək.
“Dalğıc” şirkəti sualtı-texniki, hava-dalğıc işləri, həmçinin Xəzər dənizi akvatoriyasında gəmi təmiri işləri sahəsində fəaliyyət göstərir. Şirkət bu xidmətləri Xəzər dənizinin Azərbaycan hissəsində fəaliyyət göstərən iri neft şirkətlərinə təqdim edir.
Offşor kəşfiyyata ciddi texniki və ekoloji tələblər sualtı-texniki işlərə tələbatın artmasına səbəb olur. Bu fəaliyyətlə məşğul olan şirkətlər, həmçinin kəskin tələblər və güclü rəqabətlə üzləşir. Bu şəraitdə peşəkar heyət və müasir avadanlıqlar uğur qazanmaqda müəssisələr üçün mühüm əhəmiyyət kəsb edir.
“Biz kreditin ayrılmasını alqışlayırıq, çünki bu, bizə güclü yerli şirkətin inkişafını dəstəkləməyə imkan verir. Bu, Azərbaycan müəssisələrinin offşor tədqiqatlardan necə mənfəət əldə etdiklərini nümayiş etdirir və biz onların yüksək beynəlxalq standartlara nail olmaq üçün uğurlu səylərindən təsirlənmişik”, - deyə AYİB-in Azərbaycandakı ofisinin rəhbəri Neyl MakKeyn bildirib.
“Biz AYİB və “Unibank”a bizimlə uzunmüddətli əməkdaşlığa görə minnətdarıq. Bu, bizə daha keyfiyyətli xidmətləri təmin etməyə kömək edəcək. AYİB ilə əməkdaşlığı dərinləşdirməyə və iri layihələrdə iştirakı davam etdirməyə ümid edirik”, - deyə “Dalğıc”ın direktoru İlqar Sadıqov bildirib.
“Bu layihəni maliyyələşdirmək qərarımız həm də AYİB və “Unibank” arasında əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir. Qeyd etmək lazımdır ki, bu günə olan vəziyyətə görə, bu, AYİB-in Azərbaycanda istənilən yerli bankla birgə maliyyələşdirdiyi ən iri layihə olacaq. Digər müəssisələri də bu maliyyələşdirmə formasından istifadə etməyə dəvət etmək istərdim”, - deyə “Unibank”ın baş direktoru Cəlal Qasımov bildirib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq çərçivəsində AYİB Azərbaycanda 146 layihəni maliyyələşdirib. Bankın bu layihələrə investisiyaları $2,5 mlrd. həcmində qiymətləndirilir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət