“SOCAR Turkey Enerji” şirkəti (SOCAR - Azərbaycan Dövlət Neft Şirkətinin törəmə strukturu) Türkiyənin "Star " Media Qrupunda iştirak payının 50%-ni satmağı planlaşdırır. Bu barədə Türkiyə mətbuatı şirkətin icraçı direktoru Kenan Yavuza istinadən məlumat verir.
"Biz "Star" Media Qrupunda iştirak payına malik olan biznesmen Fettah Tamince ilə SOCAR-ın bu şirkətdəki səhmlərinin 50%-nin ona satılması ilə bağlı danışıqlara başlamışıq", - deyə K.Yavuz qeyd edib.
Onun sözlərinə görə, belə qərar “SOCAR Turkey Enerji”nin Türkiyədə reallaşdırdığı və şirkətə KİV sahəsində lazım olduğu qədər fəaliyyət göstərməyə imkan verməyən layihələrin geniş miqyaslı olması nəzərə alınaraq qəbul edilib".
"Danışıqlar müsbət nəticə verərsə, “SOCAR Turkey Enerji" KİV sahəsinə çıxacaq və əsas diqqəti Türkiyədə iri layihələrin reallaşdırılmasına yönəldəcək”, - K.Yavuz bildirib.
Xəbər verildiyi kimi, “Star” Media Qrupunun payçısı və “Rixos Star Media” otellərinin sahibi Fettah Tamince 2013-cü ilin aprel ayının ortalarında elan etmişdi ki, Media Qrupunun səhmlərinin son 50%-nin satışı üzrə SOCAR-la danışıqlara başlayıb. Daha sonra tərəflər razılıq əldə etsələr də, sövdələşmənin məbləği açıqlanmayıb.
“Star” Media Qrupu Fettah Tamince və Tevhit Karakayaya aiddir. Qrupa “Star” qəzeti və “Kanal 24” telekanalı daxildir.
Hazırda ÜSOCAR Turkey Enerji” Türkiyədə bir sıra iri layihələr reallaşdırır. Şirkət “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. Şirkət, həmçinin İzmir şəhərində yeni NEZ-in və limanın tikintisi ilə məşğuldur və Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin iştirakçısıdır. Şirkət layihədə səhmlərin 80%-nin sahibidir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət