Müxtəlif xarici ölkələrin vətəndaşları Azərbaycanın Müdafiə Nazirliyinə müraciət edərək Silahlı Qüvvələrə dəstək olduqlarını bildirirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bəyan edib.
Onun sözlərinə görə, bu cür müraciətlər əsasən Türkiyə, Rusiya və Ukraynadan daxil olur.
“Müraciət edənlərin çoxu həmin ölkələrdə yaşayan azərbaycanlılardır”, - deyə V.Dərgahlı bildirib.
O məlumat verib ki, nazirliyə Azərbaycan Ordusuna dəstəklə bağlı zənglər və elektron müraciətlər daxil olur.
“Biz bu insanlara təşəkkürümüzü bildirir və məlumat veririk ki, Azərbaycan Ordusunun döyüş hazırlığı ən yüksək səviyyədədir. Hələ ki, onların fiziki dəstəyinə heç bir ehtiyac yoxdur”, - deyə o qeyd edib.
“Bundan başqa, Türkiyənin milli müdafiə naziri, Baş Qərargah rəisi, eləcə də qoşun növləri komandanları şəxsən bizim nazirlə əlaqə saxlayaraq şəhidlərin ailələrinə başsağlığı veriblər və yaralılara kömək təklif ediblər. Onların hər birinə Azərbaycan adından minnətdarlıq ifadə olunub”, - deyə V.Dərgahlı əlavə edib.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət