2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 7 mlrd. 35 mln. 402,891 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 83% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, yanvar-iyul aylarında Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 3,5 dəfə - 3 mlrd. 8 mln. 557,597 min manata qədər artıb.
Səhmlərlə əməliyyatların həcmi 779 mln. 400,436 min manat (artım 2,3 dəfə), o cümlədən ilkin bazarda 759 mln. 784,921 min manat (artım 3,4 dəfə), təkrar bazarda 19 mln. 615,515 min manat (azalma 83%) təşkil edib.
QKDK-nın məlumatına görə, 2014-cü ilin yanvar-iyul aylarında dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 35% - 4 mlrd. 26 mln. 845,294 min manata qədər artıb.
Hesabat dövründə korporativ istiqrazlarla əməliyyatların həcmi 4,3 dəfə - 2 mlrd. 229 mln. 157,161 min manata qədər artıb, o cümlədən ilkin bazarda manatda nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 104 mln. 975,872 min manat (azalma 33%), ilkin bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 1 mlrd. 706 mln. 383,73 min manat, təkrar bazarda 471 mln. 797,559 min manat (artım 1,4 dəfə) təşkil edib.
Xüsusilə hesabat dövründə Maliyyə Nazirlyinin istiqrazları ilə əməliyyatların həcmi 74 mln. 503,38 min manat (artım 1%), Mərkəzi Bankın notları ilə əməliyyatların həcmi 71% - 416 mln. 898,928 min manata qədər, repo əməliyyatları 33% - 3 mlrd. 535 mln. 442,986 min manata qədər artıb.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda qiymətli kağızlarla əməliyyatların həcmi 2012-ci illə müqayisədə 6% - 8 mlrd. 824 mln. 389,427 min manata qədər azalıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət