2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 124 mln. 870,7 min ton təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 75,8% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 24,2% dövlət sektorunun payına düşüb.
Hesabat dövründə dəmir yolu ilə 12 mln. 195,2 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2013-cü ilin yanvar-iyul aylarının göstəricisindən 6,5% azdır.
Yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə 5 mln. 682 min ton (azalma 18,1%) müxtəlif yük daşınıb. Daşınmış yüklərin 57,4%-i neft və neft məhsullarının, 42,6%-i quru yüklərin payına düşüb.
Hesabat dövründə hava nəqliyyatı ilə 64,8 min ton yük daşınıb, bu isə 2013-cü ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur.
Yanvar-iyul aylarında avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 70 mln. 155 min ton (artım 2,7%) təşkil edib.
Bu dövrdə daxili neft kəmərləri vasitəsilə 27 mln. 614,9 min ton neft (artım 10%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 75,6%-i və ya 20,9 mln. ton Bakı-Tiflis-Ceyhan neft kəmərinin payına düşüb. DSK-nın məlumatına görə, yanvar-iyul aylarında BTC neft kəməri ilə 3,1 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət