2006-cı ildən 2014-cü ilin avqustuna qədər Azərbaycanda investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə təxminən 600 mln. manat sərmayə qoyulub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatında deyilir.
“2006-cı ildən indiyə qədər Azərbaycanda investisiya müsabiqələri vasitəsi ilə 65 dövlət müəssisəsi özəlləşdirilib ki, onlara ümumilikdə 600 mln. manat investisiya qoyulub və bu müəssislərdə 8,5 min yeni iş yeri açılıb”, - deyə komitənin məlumatında bildirilir.
“2014-cü ilin I yarısında Azərbaycanda 400-dən çox kiçik dövlət müəssisəsi və obyekti, 300-ə yaxın torpaq sahəsi özəlləşdirilib. Bu dövrdə hüquqi və fiziki şəxslərə təxminən 310 qeyri- yaşayış daşınmaz əmlak obyekti və 250-dən çox torpaq sahəsi icarəyə verilib”,- deyə məlumatda bildirilir.
Bununla yanaşı, yanvar-iyun aylarında komitə 2080 dövlət müəssisəsi və təşkilatından elektron formada xüsusi illik hesabatın alınmasını təmin edib. Hesabat dövründə dövlət əmlakının səmərəli istifadəsinə nəzarət çərçivəsində 200-ə yaxın monitorinq keçirilib.
2014-cü ilin I yarısında ƏMDK-nın sərəncamında olan 256 dövlət SC-dən 180-i illik balans hesabatları, 243 SC əmlakın inventarlaşdırılması haqqında aktlar təqdim edib.
ƏMDK-nın məlumatına əsasən, indiyədək komitə internet vasitəsi ilə pul hərraclarında iştiraka dair 150-yə yaxın elektron ərizə qəbul edib və beləliklə, 300-dən çox dövlət əmlakı obyektinin özəlləşdirilməsini təmin edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət