Üzümçülüyün inkişafı ilə bağlı qəbul edilən dövlət proqramının icrası ilə əlaqədər olaraq yaxın 6 il ərzində Şəmkir rayonunda üzüm bağlarının sayı iki dəfə artacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Tağızadə məlumat verib.
“Biz 2020-ci ilə qədər üzüm bağlarının genişləndirilməsi və sahəsinin 1500 hektara çatdırılması məqsədilə bütün tədbirləri həyata keçiririk”, - deyə P.Tağızadə bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə Şəmkir rayonunda 526 hektar üzüm bağından hər hektardan 80 sentner məhsul götürülüb.
“Ötən mövsüm rayonda 500 hektardan artıq sahədə üzüm bağı salınıb. Həmin bağlardan isə 22 min ton məhsul götürülüb”, – deyə P.Tağızadə qeyd edib.
Şəmkir rayonunda fermerlər əsasən texniki sortlara üstünlük verir ki, həmin üzümlərdən də yerli emal müəssisələrində şərab istehsal olunur.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət