Azərbaycan təhsildə, mədəniyyətdə və digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşdırılması istiqamətində konkret addımlar atmaqdadır. Prezident İlham Əliyevin bazar ertəsi Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına ünvanladığı məktubunda belə deyilir.
Prezidentin müraciətini tədbir iştirakçılarına Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət
müşaviri Kamal Abdulla oxuyub.
“Müzakirə etdiyiniz məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq xüsusilə qeyd etmək lazımdır ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərib. Azərbaycan təhsildə, mədəniyyətdə və digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşdırılması istiqamətində konkret addımlar atmaqdadır”, - deyə İ.Əliyevin müraciətində bildirilir.
Müraciətdə deyilir ki, yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tədqiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoyub.
“Ümidvaram ki, Mərkəz öz fəaliyyəti ilə insnlığın böyük sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətimizin ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin hazırlayacaq”,- deyə prezident qeyd edib.
“İnanıram ki, Sizin görüşünüz ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək və yekun qərarlarınız Avropa ailəsinin bütövlükdə inkişafına xidmət göstərəcək”,- deyə müraciətdə bildirilir.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, Avropada dinlərarası və mədəniyyətlərarası dialoqa nail olmaq üçün bütün dünyada bu istiqamətdəki səylər birləşdirilməlidir.
“Bu gün Avropa məkanında dinlər və mədəniyyətlər arasında dialoqa nail olmaq , yer üzündə sülh və sabitliyin bərqərar olması üçün üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səyləri birləşdirilməlidir”,- deyə M.Qurbanlı vurğulayıb.
Onun sözlərinə görə, bu baxımdan Azərbaycan öz missiyasını layiqincə yerinə yetirməyə çalışır.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət