Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda mədəniyyətlərarası dialoqun yüksək səviyyədə olduğunu qeyd edir.
“Dini-mənəvi dəyərlərə hörmət, müxtəlif dinlər arasında dialoq, Azərbaycanda tolerantlıq ənənələri yüksək səviyyədədir. Din xadimi kimi, Azərbaycanın siyasi və iqtisadi uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı sayəsində bütün dünyanın diqqət mərkəzində olmasından məmnunam”, - deyə şeyx “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündə bəyan edib.
O, həmçinin qeyd edib ki, Azərbaycan dövləti ölkədə dini icmalar arasında qardaşlıq münasibətlərinin qarantı qismində çıxış edir.
“Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq - bunlar Azərbaycanın reallığıdır. Həm dövlətimiz, həm də milli mentalitetimiz bunun qarantdır. Təbii ki, bütün dünya üçün nümunə ola bilən uğurlarımızın əsasında dövlət və din arasında qarşılıqlı münasibətlərin düzgün qurulması durur”, - deyə A.Paşazadə vurğulayıb.
O qeyd edib ki, Azərbaycanda tolerantlıq dövlət səviyyəsində dəstəklənir və müxtəlif dini icmaların nümayəndələri burada özlərini cəmiyyətin tərkib hissəsi hesab edir, dövlətin diqqətini, qayğısını və himayəsini hiss edirlər.
“Azərbaycan torpağında gördüyünüz tərəqqi, həyatın bütün sahələrində uğurların əsasında bizim vətəndaşlarımız, bir ailə kimi yaşayan və bütün dünyada sülh və anlayış tərəfdarı olan müxtəlif dinlərin daşıyıcıları durur. Bu, bugünkü və gələcək uğurların açarıdır”, - deyə şeyx vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət