Makedoniya Trans-Adriatik qaz kəməri (Trans Adriatic Pipeline, TAP) layihəsində tərəfdaş qismində iştirakda maraqlıdır. Bu barədə çərşənbə axşamı jurnalistlərə Makedoniyanın baş nazirinin müavini, maliyyə naziri Zoran Stavreski bildirib.
“İki ölkə arasında qarşılıqlı investisiyaların artırılması və ticarətin genişləndirilməsi üçün böyük potensial mövcuddur”, - deyə Z.Stavreski Bakıda keçirilən Azərbaycan-Makedoniya işgüzar görüşündə çıxışı zamanı söyləyib.
O qeyd edib ki, geniş formatda görüşdən əvvəl iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə keçirilən ikitərəfli görüşdə tərəflər iqtisadi münasibətlərin inkişafı üçün gömrük güzəştlərinin mümkün tətbiqi məsələsini müzakirə ediblər.
“Makedoniya Azərbaycan biznesinin Avropa bazarlarına çıxışı üçün meydança rolunu oynaya bilər”, - deyə Z.Stavreski qeyd edib.
Şahin Mustafayev, öz növbəsində iki ölkənin iş adamları arasında kənd təsərrüfatı, sənaye, turizm, investisiyalar, ticarət və s. sahələrdə əməkdaşlıq perspektivlərini qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün möhkəm normativ-hüquqi baza yaradılıb.
İşgüzar görüşdə 40-dan çox azərbaycanlı iş adamı iştirak edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət