SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azərneftyağ” neft emalı zavodu 202 saylı neftin ilkin emalı qurğusunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Bu ilin avqust ayından təmirə saxlanılmış qurğuda elektrik mühərrikləri ilə yanaşı, yeni alınmış P-101A, P-101B və P-309B nasosları quraşdırılıb. Bundan başqa, qurğudakı susoyutma sistemində su tutumunu ölçən və səviyyəni tənzimləyən müasir cihazlar yerləşdirilib”, - deyə məlumatda qeyd edilir.
Təmir zamanı, həmçinin xammal istidəyişdiriciləri neft şlamından və mexaniki tullantılardan təmizlənib.
Bütün bunlar qurğunun məhsuldarlığının artmasına və texnoloji rejimə nəzarətin asanlaşmasına səbəb olub.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) strukturuna daxildir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət