Qəbələ rayonunun taxılçılıq təsərrüfatlarında 480 hektar sahəni əhatə edən qarğıdalı biçininə start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna “Gilan” aqroservis müəssisəsinin baş direktoru Famil İsmayılov məlumat verib.
Biçilən qarğıdalı sahəsinin hər hektarından orta hesabla 40 tondan artıq yüksək keyfiyyətli qarğıdalı silosu əldə olunacağı bildirilib. Hava şəraitinin quraq keçməsi məhsuldarlığın o qədər də əlverişli olmamasına zəmin yaradıb.
480 hektar sahədə qarğıdalı əkilib və ümumilikdə 10-15 min ton məhsul gözlənilir. Əldə olunan qarğıdalı silosu və senajı xüsusi quyulara daşınaraq 3 ay müddətində saxlanılır və hazır vəziyyətə gətirilir. Hazırlanmış məhsul isə Qəbələdə fəaliyyət göstərən fermer təsərrüfatlarına verilir. Rayonun fermer təsərrüfatlarında ümumilikdə 8000 ton senaj və silosa tələbat var. Qalan məhsulun satışa çıxarılması nəzərdə tutulur.
İ.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət