2014-cü ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 7 mlrd. 169 mln. 285,693 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 57,25% çoxdur. Bu barədə BFB-nin məlumatında qeyd edilir.
Ümumi dövriyyədən əqdlərin 56,3%-i dövlət qiymətli kağızlarının payına düşür. Onların həcmi 4 mlrd. 39 mln. 162,105 min manat (artım 7,04%), korporativ sektorda əqdlərin həcmi 3 mlrd. 130 mln. 123,587 min manat (artım 3,9 dəfə) təşkil edib.
Hesabat dövründə ilkin bazarda Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilmə həcmi 58 mln. 557,735 min manat (azalma 5,75%), təkrar bazarda 19 mln. 266,344 min manat (artım 48,78%) təşkil edib.
Mərkəzi Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirmə həcmi 123 mln. 81,5 min manat (azalma 44,03%), təkrar bazarda 302 mln. 813,539 min manat (artım 6,8 dəfə) təşkil edib. 2014-cü ilin yanvar-avqust aylarında repo əməliyyatları 3 mlrd. 535 mln. 442,985 min manat (artım 2,93%) məbləğində olub.
Cari ilin yanvar-avqust aylarında ilkin bazarda korporativ istiqrazların yerləşdirilmə həcmi 1 mlrd. 814 mln. 596,643 min manat (artım 21,7 dəfə), təkrar bazarda 522 mln. 991,485 min manat (artım 31,8%) təşkil edib.
Hesabat dövründə birja meydançasında 789 mln. 443,537 min manat (artım 2,7 dəfə), təkrar bazarda 3 mln. 91,921 min manat (azalma 78,08%) məbləğində səhm yerləşdirilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət