Gəncə şəhərində M.Paşayev adına 39 nömrəli məktəb əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
2 min şagird üçün nəzərdə tutulmuş məktəbdə bütün kabinetlər lazım olan müasir avadanlıqla təchiz edilib, növbəti tədris ilində 1260 yerlik daha bir korpus istifadəyə veriləcək.
Ümumilikdə Gəncədə 49 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə də 36,354 min şagird təhsil alır, 4125 müəllim çalışır. Bu il Gəncədə 3,8 min uşaq birinci sinifə gedir.
Göygöl şəhərinin 2 kəndində 180 və 80 yerlik 2 məktəb açılıb. Ötən il Göygöldə 4 yeni məktəb binası istifadəyə verilib. Kəndlərdən birində daha bir məktəb binasının tikintisi gedir.
“Əvvəllər bu məktəblər başqa binalarda fəaliyyət göstərirdi ki, bu da təhsilin səviyyəsinə mənfi təsir göstərirdi. Ümid edirik ki, yeni məktəblərdə təhsilin səviyyəsi yüksələcək”, - deyə Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev bildirib.
Goranboy rayonunun da kəndlərindən birində yeni məktəb binası istifadəyə verilib. 180 yerlik məktəbdə kabinetlər, kompüter sinfi, kitabxana, akt və idman zalları var.
Ağstafa rayonunda 2 məktəb binası istifadəyə verilib. Məktəblərdən biri 300 şagirdin təhsil alması üçün nəzərdə tutulub, 15 sinif otağı, fizika və kimya laboratoriyaları, akt və idman zalları, müasir kitabxanası var. 220 şagird yerlik ikinci məktəbdə 11 sinif otağı, 2 laboratoriya, 1 kompüter sinfi fəaliyyət göstərir.
Son illər Ağstafada 14 yeni məktəb binası tikilib ki, bunlardan üçünün tikintisinə Heydər Əliyev Fondu dəstək göstərib.
Samux rayonunda fəaliyyət göstərən 35 məktəbdə 7,8 min şagird təhsil alır və 1103 müəllim dərs deyir.
F.Mehdiyev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət