2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan sığortaçıların ümumi sığorta haqları 283,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,6% çoxdur. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov məlumat verib.
Cari ilin yanvar-avqust aylarında sığortaçılar 103,5 mln. manat məbləğində ödəniş həyata keçiriblər, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 33% çoxdur.
Assosiasiyanın məlumatına görə, hesabat dövründə cəlb edilmiş hər 100 manata görə sığorta ödənişləri 36,6 manat təşkil edir. Ötən ilin yanvar-avqust aylarında bu göstərici 29,3 manata bərabər olub.
Hazırda Azərbaycanda 27 sığorta şirkəti fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət