SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) 2050-ci ildən sonrakı dövr üzrə işlənməsi proqramını hazırlayıb. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
“AÇG-də 2050-ci il və sonrakı dövrlər üzrə gələcək işlənmə proqramı hazırlanıb ki, burada da hasilatın sabit saxlanılması və artırılması prioritet məsələ kimi nəzərdə tutulur”, - deyə R.Abdullayevin cümə günü rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilir.
Onun sözlərinə görə, hazırda blokda çıxarıla bilən karbohidrogen ehtiyatları 1 mlrd. ton neft və 350 mlrd. kubmetr qaz səviyyəsindədir.
“Bu günə qədər AÇQ blokundan 345 mln. ton neft və 100 mlrd. kubmetr qaz hasil edilib. Qarşıdakı dövrdə blokdan illik hasilatın 34-35 mln. ton səviyyəsində olması nəzərdə tutulur”,- deyə SOCAR-ın prezidenti qeyd edib.
Onun sözlərinə görə, hazırda blokdan hər ay 2,7 mln. ton neft və 1,5 mlrd. kubmetr səmt qazı hasil edilir.
R.Abdullayev qeyd edib ki, 2014-cü ilin yanvar ayında sutkalıq gücü 25 min ton neft və 8 mln. kubmetr qaz olan “Qərbi Çıraq” hasilat platforması istismara verilib. “Çıraq” yatağının qərb hissəsində “Dədə Qorqud” üzən qazma qurğusu vasitəsi ilə 17 öncədən qazma quyusu qazılıb, hazırda quyular ardıcıl olaraq platformaya birləşdirilərək layihə dərinliyinə çatdırılır.
““Çıraq Neft Layihəsi” çərçivəsində müqavilə dövrünün sonuna qədər (2024-cü il) 48,6 mln. ton əlavə neftin çıxarılması nəzərdə tutulur”,- deyə o qeyd edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilir ki, 2014-cü ilin 8 ayı ərzində “Azəri-Çıraq-Günəşli“ yataqlar blokundan hasil edilən 22 mln. ton neftin 15 mln. tonu, yəni 68%-i Azərbaycanın payına düşən mənfəət nefti olub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Hazırda layihənin iştirakçıları “BP” (Böyük Britaniya - 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 28-dən isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət