Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının daimi Komissiyasının sədr müavini Rüfət Quliyev yol hərəkəti qaydalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübə mübadiləsinin vacibliyini qeyd edir.
“Uşaqlara erkən yaşlarından yollarda təhlükəsiz hərəkət qaydalarını öyrətmək, yol hərəkəti iştirakçılarının hər birinə hörmət hissi aşılamaq vacibdir”,- deyə o, Sankt-Peterburqda keçirilən “Həyatın təhlükəsizliyi naminə yollarda təhlükəsizlik” mövzusunda V beynəlxalq konqresdə çıxış edərkən bildirib. Bu barədə MDB Parlamentlərarası Assambleyasının saytında məlumat verilir.
R.Quliyev konqresin bu mövzusunun aktual olduğunu vurğulayıb. Onun sözlərinə görə, MDB-nin və dünyanın bütün ölkələrində gənclərin yollarda baş verən qəzalarda xəsarət alma statistikası ürəkaçan deyil.
O hesab edir ki, hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının rəhbərləri, beynəlxalq nəqliyyat və yol hərəkəti qaydalarının təhlükəsizliyi sahəsində məsul olan digər təşkilatların, təhsil, səhiyyə müəssisələrinin, elmi-tədqiqat institutlarının, biznes birliklərinin, ictimai təşkilatların, KİV-lərin gənclər təşkilatlarının nümayəndələri bir araya gələrək bu problemləri müzakirəyə çıxarmalı, eləcə də təcrübə mübadiləsi aparmalıdırlar.
Milli Məclisin deputatı “Lenekspo” sərgi mərkəzində çoxlu sayda gənc və məktəblinin “Həyatın təhlükəsizliyi naminə yollarda təhlükəsizlik” konqresinin iştirakçısı olmasını diqqətə çatdırıb.
R. Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət