Bir neçə dəqiqə əvvəl AŞPA-nın plenar iclasında Büronun 2 sentyabrda Parisdə keçirilmiş iclasının protokolu təsdiq edildi. Bu ölkəmiz üçün çox vacib və uğurlu nəticədir.
Prosedur Qaydalarına əsasən, Bir qayda olaraq Büro iclaslarının protokolları plenar iclasda təsdiq edilir və bir qayda olaraq bu proses indiyədək texniki xarakter daşıyırdı. Lakin 2 sentyabr tarixli Büro iclasında çox gərgin müzakirələr nəticəsində 20 səs lehinə 5 səs əlehinə olmaqla “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması haqqında qərar qəbul edildi və bu tapşırıq aidiyyatı üzrə Siyasi Məsələlər Komitəsinə göndərildi.
Əlbəttə ki, bu qərar qəbul edildikdən sonra AŞPA-dakı ermənipərəst qüvvələr və Ermənistan hakimiyyəti ciddi narahatçılıq keçirdi. Hətta AŞPA-nın Baş katibi Voytsex Savitski qərarla razı olmadığını, məruzənin başlığının Ermənistana qarşı təxribat olduğunu və plenar iclasda Büro protokolunun təsdiq edilməsinin qarşısını alacağını bildirdi. Ermənistan tərəfi də bu qərarın qarşısını almaq üçün bütün imkanlarından istifadə etdməyə başladı.
Gözlənildiyi kimi, məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyəti məruzənin adına qəti etiraz etdiklərini və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar getdiyi bir vaxtda belə bir məruzənin hazırlanmasına dair qərarın qəbul edilməsinin təxribat olduğunu bildirdilər və protokolun təsdiqlənməsinə qarşı olduqlarını diqqətə çatdırdılar. Bir qrup ermənipərəst deputatlar da Ermənistan tərəfini dəstəklədiklərini və əksinə səs verəcəklərini bildirdilər. Məsələ səsverməyə çıxarıldı və səs çoxluğu ilə büronun 2 sentyabr qərarı təsdiq edildi. Bu, bizi qələbəyə yaxınlaşdıran ciddi bir addımdır və növbəti mərhələ 1 oktyabrda Siyasi Məsələlər Komitəsində məruzəçinin təyin edilməsindən ibarətdir. Şübhəsiz ki, burada da çox böyük gərginlik qaçılmazdır. Gəlin ümid edək ki, düşmənlər bu məsələdə də pis niyyətinə çatmayacaqdır.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət