Gəncədə "III Beynəlxalq Şərab Festivalı” başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir. Tədbir Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanın Fransadakı səfirliyinin və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
Festivalın ilk günündə yerli və xarici qonaqların iştirakı ilə ilk dəfə olaraq "Salxım" dequstasiya müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın 10-a yaxın şərab istehsalçısının məhsulları yer alıb. Dequstasiyani isə yerli və xarici mütəxəssislərdən ibarət 18 nəfəlik komissiya aparıb.
"Gürcüstanın şərab istehsalında zəngin təcrübəsi var. Biz bilirik ki, Azərbaycan şərabları da öz keyfiyyəti ilə həmişə seçilib. Çox şadıq ki, festivala dəvət almışıq və burada iştirak edirik. Ümidvaram ki, belə festivallar gələcəkdə yeni növ və keyfiyyətli şərabların istehsalına zəmin yaradacaq", – deyə Gürcüstanın kənd təsərrüfatı nazirinin müşaviri Omar Qaçarava bildirib.
"Mən ilk dəfədir ölkənizdə şərab festivalında iştirak edirəm. Azərbaycan şərablarını dequstasiya etdim. Xoşuma gəldi. Biz də gətirdiyimiz şərabları festivalda təqdim edəcəyik", – deyə İtaliyanın "Stile Del - vino" şirkətinin nümayəndəsi Corso Brentari qeyd edib.
"İndi Fransada Azərbaycanı daha çox sevirlər. İki ölkə arasında iqtisadi, mədəni, ictimai əlaqələr sürətlə inkişaf edir. Şübhəsiz ki, hər iki dövlət bu əməkdaşlıqda maraqlıdır. Belə festivalların keçirilməsi dostluq əlaqələrini daha da möhkəmləndirir", – deyə Fransanın İon vilayətinin Ali Şurasının prezidenti Anrey Viliye bildirib.
Təqdim olunan şərab qızıl, gümüş və bürünc medalla mükafatlandırılacaq. Bir müəssisə isə "Qran- Pri" mükafatına layiq görüləcək.
Artıq ənənəyə çevrilən festivalın əsas məqsədi şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdir.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət