Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Almaniyanın Kassel Universiteti və Qaterslaben genbankının əməkdaşı, dünya şöhrətli professor Karl Hammeri Bakıda genetika sahəsində məsələləri müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Genetik ehtiyatlar sahəsində ən tanınmış jurnal “Genetik ehtiyatlar və bitki təkamülü”nün baş redaktoru K.Hammer institutun seminarında aqrobiomüxtəlifliyin qorunması, saxlanılması və genetik identifikasiyası mövzusunda məruzə ilə çıxış edib.
O, öz çıxışında Almaniya və Türkiyədə bu istiqamətdə fəaliyyət göstərmiş məşhur azərbaycanlı professor Mirzə Gökgöl haqqında məlumat verib, onun dünya elminə verdiyi töhfələrdən danışıb. Sonra M.Gökgölün müəllifi olduğu elmi əsərini nümayiş etdirib, seminar iştirakçılarının suallarını cavablandırıb.
Seminar çərçivəsində M.Gökgöl haqqında kitabın nəşri və onun müəllifi olduğu əsərlərin Azərbaycan dilinə tərcüməsi məsələsi müzakirə edilib.
Daha sonra K.Hammer gələcəkdə genetik ehtiyatların toplanılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş çərçivəsində professor, həmçinin institut alimlərinin “Genetik Ehtiyatlar və Bitki təkamülü” jurnalındakı məqalələri ilə də tanış olub.
A.Zeydullayeva
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət