Naxçıvan Regional İnformasiya Mərkəzində Məhdud Fiziki İmkanlılar üçün Distant Tədris Mərkəzinin açılışı olub.
Mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Mərkəzin fəaliyyəti ilə tanış olub.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov sədrə məlumat verib ki, binada mərkəzi server quraşdırılıb, tədris sinfinə intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlar qoyulub.
Hazırda muxtar respublika üzrə 18 sağlamlıq imkanı məhdud uşaq distant təhsilə cəlb edilib. Bu uşaqların yaşadıqları mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılıb.
Mərkəzdə çalışan dörd müəllimə, eləcə də uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurs keçirilib. Distant Tədris Mərkəzinə eyni vaxtda 50 istifadəçi qoşula bilər. Gələcəkdə serverin tutumunun 200 istifadəçiyədək artırılması nəzərdə tutulub.
Qeyd edilib ki, Mərkəzdə müəllim və şagirdlər arasında interaktiv əlaqə təşkil olunub. Hazırda burada şagirdlərə ibtidai siniflərin proqramında nəzərdə tutulan fənlər tədris olunur. Vurğulanıb ki, son illər muxtar respublikada məhdud fiziki imkanlı uşaqların ümumtəhsil məktəblərinə cəlb edilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Artıq muxtar respublikanın ümumtəhsil məktəblərində 701 məhdud fiziki imkanlı uşaq təhsil alır ki, onların da 64-ü birinci sinif şagirdidir.
Müəllimlərlə söhbət zamanı V.Talıbov qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının gücləndirilməsi və onların cəmiyyətə inteqrasiyasında distant təhsil mühüm rol oynayacaq. Yaradılan şərait uşaqların yaxşı təhsil almasına imkan verəcək. Onun sözlərinə görə, bu səbəbdən müəllimlər uşaqların təhsilinə diqqətlə yanaşmalı, tədris proqramlarının həcmi artırılmalı, valideynlərlə mütəmadi əlaqə saxlanılmalıdır.
Naxçıvan MR rəhbəri, həmçinin Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə maraqlanıb. Məlumat verilib ki, mərkəzdə kompüter, operator və müəllim otaqları, audiostudiya, defektoloji bölmə və kitabxana var. Otaqlarda quraşdırılan müasir tədris avadanlıqları sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına, onların kompüter və digər elektron resurslardan istifadə bacarıqlarının artırılmasına şərait yaradır. Mərkəzin audio və elektron kitabxanasında 439 audio və 518 elektron kitab mövcuddur. Həmçinin burada “Brayl” əlifbası ilə çap olunmuş dərslik, ədəbiyyat və jurnallar da var.
Ali Məclisin sədri mərkəzin audio və elektron kitabxanasının yeni ədəbiyyatlarla zənginləşdirilməsi, muxtar respublikada distant təhsilə keçid istiqamətində həyata keçirilən tədbirlərin və bu sahədə yeni texnologiyaların tətbiqinin bundan sonra da davam etdirilməsi, eləcə də müvafiq pedaqoji kadr hazırlığının təmin olunması barədə aidiyyəti qurumlara tapşırıqlar verib.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət