Rusiya Qərb ölkələri ilə parlamentlərarası əməkdaşlığı dayandırmaq niyyətində deyil. Bu barədə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko cümə axşamı Bakıda keçirilən brifinqdə bildirib.
“Əfsuslar olsun ki, bu gün elə bir vəziyyət yaranıb ki, həmkarlarımız, ABŞ və Avropadan olan parlamentarilər Rusiyaya sanksiyalar tətbiq ediblər. Mən tam əminəm ki, bu, müvəqqəti haldır. Onlar bu cür konstruktiv qarşılıqlı əlaqəyə hazır deyillər. Bizim deməyə sözümüz var, onların isə deyəsən, yoxdur. Çünki onlar Ukraynada silahlı dövlət çevrilişinə hamilik ediblər, Ukraynada faşist basqınçılarının azğınlığına, bəşəriyyətə qarşı törədilmiş və törədilən hərbi cinayətlərə göz yumurlar”, - deyə V.Matviyenko bildirib. Onun fikrincə, Qərb parlamentarilərinin deməyə sözü yoxdur.
“Onların deyəcəyi heç nə yoxdur. Onlar bu konstruktiv işgüzar danışıqlara və əlaqələrə o qədər də hazır deyillər. Buna görə də bu, müvəqqəti fasilədir. Əminəm ki, müvəqqətidir. Biz əsla ABŞ, Avropa və digər dövlətlərin parlamentləri ilə beynəlxalq əməkdaşlığı dayandırmaq niyyətində deyilik. Bu, çox mühüm əməkdaşlıqdır, xalq diplomatiyasıdır, bizim yumşaq gücümüzdür, bir-birimizi daha yaxşı anlamağa, qərarlar qəbul etməyə, bu və ya digər mövqeyi əsaslandırmağa imkan verən əlaqələrdir. Və biz onları dayandırmaq niyyətində deyilik”, - deyə V.Matviyenko vurğulayıb.
O qeyd edib ki, hazırda Rusiya Asiya, Latın Amerikası və Afrika ölkələri ilə əlaqələri heç kimə zərər vermədən fəal inkişaf etdirir və “Avropa və ABŞ da daxil olmaqla, parlament nümayəndə heyətlərinin mübadiləsi bundan sonra da planlarımıza daxil olacaq”.
F.Hüseynzadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət