Qərb və Rusiyanın qarşılıqlı sanksiyalar tətbiq etməsi Azərbaycan üçün yeni imkanlar açır. Bu barədə Rusiya Federal Məclisi
Federasiya Şurasının sədri Valentina Matviyenko cümə axşamı Bakıda keçirilən brifinqdə bildirib.
“Ərzaq malları ilə bağlı qoyulan və digər qarşılıqlı sanksiyalar Azərbaycan üçün yeni imkanlar açır. Azərbaycan Rusiya bazarına kifayət qədər böyük həcmdə kənd təsərrüfatı məhsulları, meyvə, tərəvəz, ət tədarük edir. Lakin bu gün əlavə tələbat və əlavə imkanlar yaranıb və bu, bizim ticarət münasibətlərimizin və kənd təsərrüfatı məhsullarının tədarükünün artmasına gətirib çıxaracaq, bu barədə razılıq artıq əldə olunub”, - deyə V.Matviyenko qeyd edib. O söyləyib ki, Moskva meri Sergey Sobyaninin bu yaxınlarda Bakıya baş tutmuş səfəri zamanı kənd təsərrüfatı məhsullarının artırılması üzrə konkret müqavilələr imzalanıb və tədarük logistikasının yaradılması, tədarük üzrə nəqliyyat şəraiti haqqında razılaşmalar əldə olunub.
Hazırda kənd təsərrüfatı məshullarının tədarükünün artırılması və onun istehlakçıya səmərəli çatdırılması üzrə sistem layihəsi ciddi müzakirə olunur: "Əminəm ki, bu həcmlər artacaq. Üstəlik, Azərbaycanın özü Rusiyaya kənd təsərrüfatı məhsulları tədarüklərinin artmasında maraqlı olduğunu bildirib. Bu, Azərbaycan üçün istehsal edilən məhsulun əlavə satış imkanı, yeni iş yerlərinin açılması, vergi ödənişlərinin artırılması və ölkədə işləyən kənd təsərrüfatı istehsalçılarına dəstək deməkdir. Bir sözlə, bu, qarşılıqlı faydalıdır”, - deyə V.Matviyenko vurğulayıb.
O, Rusiya ilə Azərbaycan arasında son illərdə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyərək, bu gün ticari-iqtisadi münasibətlərin inkişafında yüksək dinamikanın müşahidə olunduğunu qeyd edib.
“Bu, ən müxtəlif sahələrdə inkişaf edən strateji tərəfdaşlıq münasibətləridir. Həmçinin xüsusilə qeyd etmək istəyirəm ki, bütün bunlar iki dövlətin liderləri, Azərbaycan və Rusiya prezidentlərinin səyləri, onların münasibətlərinin inamlı və konstruktiv xarakteri nəticəsində mümkün olub. Təkcə bu il onlar üç dəfə görüşüblər. Xəzər sammitində qabaqcıl qərarlara nail olunması da Rusiya ilə Azərbaycanın səmərəli qarşılıqlı münasibətlərinin nəticəsində mümkün olub”, - deyə parlamentari vurğulayıb.
Onun sözlərinə görə, iki ölkənin iqtisadiyyatı fəal şəkildə inkişaf edir və təkcə mineral-xammal ehtiyatları sahəsində deyil, intellektual, elmi və sənaye sahələrində də əməkdaşlıq üçün böyük potensial var.
“Ticari-iqtisadi əlaqələri genişləndirmək və dərinləşdirmək üçün bizim böyük ehtiyatlarımız var. Baxmayaraq ki, qarşılıqlı mal dövriyyəsinin həcmi artır, bu, yenə də ölkələrimizin imkanlarının potensialına cavab vermir”, - deyə o əlavə edib.
O qeyd edib ki, Xəzər sammitində Azərbaycan və Rusiya prezidentləri arasında konstruktiv danışıqlar zamanı növbəti razılaşmalar əldə olunub, o cümlədən investisiyaların qarşılıqlı müdafiəsi barədə saziş imzalanıb ki, bu da investisiya əməkdaşlığının inkişafına kömək edəcək.
“Ümumilikdə biz münasibətlərimizin indiki səviyyəsini müsbət qiymətləndiririk. Rusiya və Azərbaycanın konstruktiv münasibətləri, qarşılıqlı fəaliyyətin səviyyəsi regionda sabitliyin daha bir ciddi amildir. Bizim bir çox beynəlxalq və regional problemlərə yanaşma və mövqelərimiz ya çox yaxındır, ya da üst-üstə düşür. Biz Azərbaycanla BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən parlament xətti ilə fəal əməkdaşlıq edirik. Bu, regionda sabitliyin ciddi amilidir”,- deyə V.Matviyenko bildirib.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət