Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə işinin təşkilinə əsas yoxdur. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu qondarma məhkəmə tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz”, - deyə bəyanatda vurğulanır.
Öz doğmalarının qəbirlərini ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb və uydurma istintaq prosesi çərçivəsində işgəncələrə məruz qoyulub, Həsən Həsənov isə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilib.
“Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir”, - deyə XİN-in bəyanatında deyilir.
“Azərbaycan Respublikasının ərazisində Azərbaycan vətəndaşlarının sərbəst hərəkətinə Azərbaycan qanunlarında nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa qoyula bilməz”, - deyə bəyanatda vurğulanır.
Sənəddə qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz əməllərinin ört-basdır edilməsi məqsədilə işğal olunmuş Azərbaycan ərazilərində qondarma Dağlıq Qarabağ rejimi yaradılıb. Ermənistan Azərbaycana qarşı işğal və təcavüz əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozub və buna görə bilavasitə məsuliyyət daşıyır. Azərbaycan Respublikası tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə iş davam etdirilir.
Xatırladaq ki, Ş.Quliyev və D.Əsgərov bu ilin iyul ayının əvvəlində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində əsir götürülüb. H.Həsənov isə ermənilər tərəfindən öldürülüb. Ermənistan tərəfinin iddialarına əsasən, həmin şəxslər Azərbaycanın kəşfiyyat-təxribat qrupunun üzvləri olublar. Lakin Azərbaycanın Müdafiə Nazirliyi yuxarıda adları çəkilən şəxslərin respublikanın Silahlı Qüvvələrinə aiddiyyətini təkzib edib. Oktyabr ayının əvvəlində H.Həsənovun meyiti Azərbaycana qaytarılıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət