Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakıda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasının vacibliyi məsələsini qaldırıb. Bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
“Bu gün prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib və onlardan Ermənistan tərəfinin girovları qaytarmasını tələb edib”, - deyə E.Məmmədyarov Fələstin XİN başçısı Riyad əl-Maliki ilə keçirilən birgə brifinqdə söyləyib.
Onun sözlərinə görə, dövlət başçısı həmsədrlərə bu məsələni Ermənistan rəhbərliyi qarşısında qaldırmağı tapşırıb.
“Beynəlxalq Qırmızı Xaç Komitəsi bu məsələ üzərində işləyir, girovlar evlərinə nə qədər tez qaytarılsa, bir o qədər yaxşıdır. Onlar Kəlbəcərdə doğulublar və öz doğmalarının məzarlarını ziyarət etmək üçün ora gediblər. Ermənistan tərəfinin bununla bağlı irəli sürdüyü bütün bəhanələr əsassızdır”,- deyə XİN başçısı vurğulayıb.
D.Əsgərov və Ş.Quliyev bu ilin iyul ayının əvvəlində işğal edilmiş Kəlbəcər rayonu ərazisində erməni hərbçilər tərəfindən girov götürülüblər. Əsir düşmüş üçüncü Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.
Ermənistan tərəfi bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləri olduğunu bildirir. Lakin Azərbaycan Müdafiə Nazirliyi onların respublikanın Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumatı təkzib edib. H.Həsənovun meyiti oktyabr ayının əvvəlində Azərbaycana qaytarılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət