Alman Siemens qardaşlarının Azərbaycandakı fəaliyyətinin 150-ci ildönümü ilə əlaqədar Gədəbəy rayonunda infotur keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
İnfotur turizm şirkətləri və KİV nümayəndələri üçün təşkil olunub.
“Bir sıra Avropa şəhərlərində kerosin lampasından istifadə edildiyi dövrdə Gədəbəydə elektrik enerjisi olub. Rayonda rus-tatar məktəbinin fəaliyyətə başlaması da məhz Siemens qardaşları ilə əlaqələndirilir. Hazırda Gədəbəydə almanlardan qalma onlarla tarixi abidə mövcuddur”, – deyə Gədəbəy rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ramiz Məmmədov bildirib.
İnfotur çərçivəsində keçirilən fotosərgi və “Azərbaycanda alman izləri” və “Gədəbəydə turizmin vəziyyəti” mövzusunda tədbir XIX əsrin əvvəllərində Azərbaycanın qərb bölgəsində məskunlaşan almanların qoyduğu izlərə həsr olunub.
“Məqsəd "Azərbaycanda alman yaşayış məskənləri", "Qədim Qafqaz Albaniyasının tarixi izləri" mədəni turizm marşrutlarını təşviq etmək, Azərbaycanın qərb bölgəsinin, həmçinin Gədəbəy rayonunun mövcud turizm potensialını təqdim etməkdir”, – deyə şöbə müdiri qeyd edib.
Tədbir iştirakçıları tur çərçivəsində rayonun bir sıra turizm marşrutları ilə tanış olub, tarixi abidləri ziyarət ediblər.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət