Goranboyda Olimpiya İdman Kompleksinin tikintisinə başlanılıb. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına əsasən, bu barədə doqquz ayın yekunlarına həsr olunmuş hesabat iclasında bildirilib.
Ötən aylar ərzində yenidən qurulan parkda 3 mərtəbəli Heydər Əliyev Mərkəzi tikilib. Qarabağ əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binası istifadəyə verilib, yeni avtovağzal kompleksi inşa olunub”, – deyə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev məlumat verib. Onun sözlərinə görə, 3 kənddə yeni məktəb binaları, 4 uşaq bağçası istifadəyə verilib.
Eləcə də 35 min sakinin yaşadığı və 18 yaşayış məntəqəsini birləşdirən 38 kilometrlik Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 25 kilometri artıq hazırdır.
“Ötən 9 ay ərzində Goranboyda 721 daimi olmaqla 1115 yeni iş yeri yaradılıb. 1525 aztəminatlı və imtiyazlı ailəyə ünvanlı sosial yardım təyin olunub. 8 min hektar sahədə əkin aparılıb”, – deyə icra başçısı bildirib. O, “Goranboy şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması" layihəsinin uğurla başa çatdığını qeyd edib.
F.Mehdiyev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət