Ağdaş rayonunda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı növbəti tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir Ağdaş rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev mərkəzində keçirilib.
Tədbirdə Ağdaş rayon İcra Hakimiyyətinin başçısının müavini Cavid Osmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, veteranlar, rayonun Ağsaqqallar Şurasının üzvləri və gənc nəslin nümayəndələri iştirak ediblər.
C.Osmanov qeyd edib ki, ailə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əsas rol oynayır.
S.Qəhrəmanovanın sözlərinə görə, son zamanlar dövlət başçısının imzaladığı fərmanlar ailə siyasətinin prioritetlərdən biri olaraq qaldığını bir daha nümayiş etdirir. O, həmçinin qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması, sağlam ailənin sağlam cəmiyyətin özülü kimi əhəmiyyətinə dair məsələlərə toxunub və bu istiqamətdə Komitə tərəfindən görülmüş işlər haqqında məlumat verib.
Sonra çıxış edən Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva, rayonun Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev və Mədəniyyət Evinin əməkdaşı, gənc nəslin nümayəndəsi Camal Xəlilov bu cür layihələrin aktuallığını və vacibliyini qeyd ediblər.
Tədbir zamanı S.Qəhrəmanova vətəndaşları maraqlandıran sualları cavablandırıb.
Sonda iştirakçılara komitə tərəfindən çap olunan buklet və jurnallar paylanılıb.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət