2006-2014-cü illərdə Azərbaycan İpoteka Fondu (AİF) 525 mln. 297,1 min manat məbləğində ipoteka kreditini təkrar maliyyələşdirib. Bu barədə AİF-in saytında məlumat verilir.
“Həmçinin bu dövrdə 410 mln. 11,3 min manat məbləğində kommersiya ipoteka krediti, 115 mln. 285,8 min manat məbləğində sosial ipoteka krediti üzrə təkrar maliyyələşdirmə həyata keçirilib”, - deyə məlumatda vurğulanır.
2006-2014-cü illərdə 15,393 min borc alan AİF-in xətti ilə ipoteka krediti götürüb. 2007-2014-cü illərdə 3,216 min güzəştli (sosial) ipoteka krediti verilib, 2006-2014-cü illərdə 12,177 min borc alan kommersiya şərtləri ilə ipoteka krediti alıb.
18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 38,5%-i), 30-35 yaş arasında olan (33%) və 36 yaşdan yuxarı şəxslər (28,5%) daha tez-tez ipoteka krediti götürür.
Borc alanların 39,5%-i dövlət sektorunda, 23,3%-i şirkət və firmalarda, 21,5%-i maliyyə-bank sistemində, 15,7%-i neft-qaz sahəsində çalışırlar.
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 94,4%-i çoxmərtəbəli yaşayış binalarında mənzillərin, 5,6%-i isə fərdi evlərin alınması ilə bağlıdır. Bununla yanaşı, ipoteka kreditlərinin 40,1%-i 40-60 kvadratmetr sahəsi olan mənzillərin alınması üçün verilib.
Ümumilikdə ipotekaya götürülmüş mənzillərin 61,2%-i 30-60 min manat, 30,4%-i 60-90 min manat, 3,6%-i 90-120 min manat, 3,4%-i 30 min manata qədər, 1,4%-i 120 min manatdan yuxarı məbləğdə olub.
Ən çox evli şəxslər ipotekaya mənzil götürürlər (67,4%). İpotekaya mənzil götürənlərin 82%-i kişilərdir. Bununla yanaşı, borc alanların 36,4%-nin orta aylıq gəliri 1100 manatı ötür.
Fondun məlumatına əsasən, AİF 2006-2014-cü illərdə ipoteka kreditləri vermək üçün dövlət büdcəsindən 2016 mln. manat vəsait alıb. Bundan başqa, fond ipoteka kreditlərinin verilməsi üçün özünün ipoteka kağızlarının yerləşdirilməsindən 340 mln. manat əldə edib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət