Azərbaycan Hökuməti və Dünya Bankı (DB) arasında 3 layihənin həyata keçirilməsi üçün $300 məbləğində kredit sazişi imzalanıb.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycan Hökuməti və DB arasında respublikanın regionlarında su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üzrə işləri davam etdirmək üçün $150 mln. məbləğində əlavə kreditin ayrılması barədə razılıq əldə edilib.Kreditin məqsədi su təchizatının keyfiyyətinin və etibarlılığının yaxşılaşdırılması, Azərbaycanın ayrı-ayrı regional mərkəzlərində su təchizatı və sanitar xidmətlərin genişləndirilməsidir.Kredit BeynəlxalqYenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri əsasında verilir.Azərbaycan Hökuməti layihəyə $83 mln. ayıracaq.
Sənədi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadə və DB-nin Azərbaycandakı meneceri Larisa Leşçenko imzalayıblar.
Layihə çərçivəsində Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması planlaşdırılır.Layihə üç il müddətinə nəzərdə tutulub və onun həyata keçirilməsi 300 min nəfərin su təchizatı problemini yaxşılaşdıracaq.
Bundan başqa, DB və Azərbaycan ədliyyə sahəsində yeni layihənin həyata keçşirilməsi üçün $100 mln. məbləğində kreditin ayrılması haqqında saziş imzalayıblar.Sənədi ədliyyə naziri Fikrət Məmmədov və L.Leşçenko imzalayıblar.Layihə məhkəmə infrastrukturunun yaxşılşadırılması; elektron xidmətlərin işə salınması; məhkəmə işlərinin və biznesin yoxlanılması sisteminin daha səmərəli həllinin qurulması; məhkəmə sistemində şəffaflığın artırılmasına yönəldilib.
Üçüncü saziş “Azərbaycan kəndlərinə investisiyalar”(Azerbaijan Rural Investment Project - AzRIP) layihəsi çərçivəsində respublikaya $50 məbləğində kreditin ayrılmasını nəzərdə tutur. Sənədi kənd təsərrüfatı naziri Heydər Əsədov və Larisa Leşçenko imzalayıblar. İlk AzRİP layihəsinin həyata keçirilməsi üçün bu günə qədər 600 –dən çox icmadan 1,5 mln. nəfərdən çox insan cəlb edilib. AzRİP tərəfindən dəstəklənən mikrolayihələr kənd icmaları daxilində 2000 km-dən çox yolun yaxşılaşdırılmasına kömək edib. İrriqasiya və drenaj sistemlərinin yaxşılaşdırılması 700 mindən çox fermerin təsərrüfatına müsbət təsir göstərib ki, bu da orta məhsuldarlığın 30% artması deməkdir.
Əlavə maliyyələşdirmə 670-dən çox infrastruktur mikrolayihəsini reallaşdırmağa imkan verəcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank 51 lahiyənin həyata keçirilməsi üçün $3,3 mlrd. məbləğində kredit ayırıb. Hazırda 17 layihənin həyata keçirilməsi davam etdirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət