Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məkumat verib.
Tədbirdə iştirak edən Ali Məclisin sədri Vasif Talıbov bəyan edib ki, Heydər Əliyev adına tam orta məktəb şərəfli inkişaf yolu keçib. Onun sözlərinə görə, dövlət başçısı tərəfindən təhsil və tədrisin təşkili ilə bağlı qarşıya qoyduğu vəzifələr bu gün məktəbin kollektivi tərəfindən uğurla icra olunur.
“Ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. İndiyədək məktəbin 362 məzunu olub. Onların 98%-i və ya 300 nəfəri ali məktəblərə, 57 nəfəri ali hərbi, xüsusi təyinatlı ali məktəblərə və Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olunub”, - deyə Naxçıvan MR-nın başçısı bildirib. O vurğulayıb ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Heydər Əliyev adına tam orta məktəb əldə etdiyi uğurlu nəticələrə görə muxtar respublikanın digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatıb.
V.Talıbov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı diqqət mərkəzindədir.
“Təhsilə inkişafın əsas hərəkətverici qüvvəsi kimi yanaşılır. Buna görə təhsil infrastrukturu şəhər və rayon mərkəzlərində olduğu kimi, ucqar dağ kəndlərində də yeniləşdirilir. Pedaqoji heyətin qarşısında müstəqil Azərbaycanın gələcək təminatçılarını yetişdirmək kimi mühüm vəzifə dayanır. Məktəbdə milli dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz gənclərə dərindən öyrədilməlidir”. - deyə V.Talıbov bildirib.
Mərasimdə məktəbin iki müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” fəxri adına layiq görülüb, təltif olunanlara fəxri adların vəsiqəsini və döş nişanlarını təqdim edilib, məktəbin bir qrup müəllim və şagirdlərini noutbuklarla, kompyuter dəstləri və qiymətli hədiyyələrlə mükafatlandırıb.
Ali Məclisin sədri yenidənqurmadan sonra məktəb binasında yaradılan şəraitlə tanış olub.
Dörd mərtəbədən ibarət olan məktəbdə 60 sinif otağı, 5 elektron lövhəli sinif, 3 kompyuter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və müəllimlər otaqları, emalatxana və idman zalı var. Hazırda 1110 şagirdin təhsil aldığı məktəbdə gənclərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur.
K.Hüseynova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət