Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub. Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.
Əraziyə baxış keçirən Ə.Həsənov tikinti işlərinin gedişi ilə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verib.
Layihəyə uyğun olaraq ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli yaşayış binaları tikilir. Bundan əlavə, 480 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS və klub-icma mərkəzi üçün binaların tikintisi də sürətlə davam etdirilir.
Ə.Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Qeyd edilib ki, bu ilin mayında başlanan tikinti işlərinin dekabrda başa çatdırılması nəzərdə tutulur.
Həmçinin qeyd edilib ki, hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazilərində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət