Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsi başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsinə oktyabrın 27-də yekun vurulub.
Yarışların sonuncu günündə tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında kişilərdən Daniel Brodmeir (Almaniya) birinci, Sengbe Zao (Çin) ikinci, Henri Junqahenel (Almaniya) üçüncü, dairəvi stend atıcılığı üzrə yarışda qadınlardan Albina Şakirova (Rusiya) birinci, Meng Vei (Çin) ikinci, Danka Bartekova (Serbiya) üçüncü, kişilərdən Dii Cin (Çin), Azmy Mehelba (Misir), Aleksandr Zemlin (Rusiya) üçüncü yeri tutub.
Dairəvi stend atıcılığı üzrə yarışlarda Azərbaycanı təmsil edən “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Emin Cəfərov təsnifat yarışlarında Dünya Kuboku yarışlarının final mərhələsinə yüksəlib. İdmançımız final yarışlarında 5-ci yeri tutub. Qadınlardan isə Nurlanə Cəfərova 7-ci yerə çıxıb.
Yarışlarda qazanılan kubok və medalların sayına görə Rusiya komandası 1-ci, Çin idmançıları 2-ci, Almaniya atıcıları 3-cü yerə çıxıblar. Yarışların bağlanış mərasimində “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının, Beynəlxalq İdman Atıcılıq Federasiyasının və Avropa Atıcılıq Konfederasiyasının rəhbər şəxsləri iştirak ediblər. Tədbirdə qeyd edilib ki, 5 gün davam edən bu yarışda dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend atıcılıq növləri üzrə 280 idmançı iştirak edib.
Bildirilib ki, bu yarışlardan öncə bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edib. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edib.
Sonda Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber yarışın yüksək səviyyədə təşkil edilməsinə görə “Qəbələ” İdman Klubunun və “Qəbələ” Atıcılıq Klubunun rəhbərlərinə diplom və medallar təqdim edib.
İ.Əhmədov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət