27-ci Tokio Beynəlxalq Film Festivalında (Tokyo İnternational Film Festival) Elçin Musaoğlunun “Nabat” bədii filminin Asiya premyerası baş tutub. Bu barədə “Azərbaycanfilm” kinostudiyasının rəsmi saytında məlumat verilir.
Təqdimatda filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu və baş rolun ifaçısı Fatimə Motamed Arya iştirak ediblər.
Məlumat verilir ki, E.Musaoğlunun filmi Asiya auditoriyası və tənqidçilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Milli kino tarixində Azərbaycan ilk dəfə Tokio Beynəlxalq Film Festivalında təmsil olunub. Festival çərçivəsində “Nabat” filminin növbəti təqdimatları 28 və 30 oktyabr tarixlərində şəhərin ən məşhur kinoteatrı olan “TOHO CINEMAS”da planlaşdırılır.
“Nabat” filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət