"VTB Bank (Azerbaijan)" ASC bu günlərdə ilk dəfə olaraq çirkli pulların yuyulması və terrorizmlə mübarizə (ÇPY/TM) mövzusunda seminar təşkil edib. Bu barədə bankın məlumatında qeyd edilir.
Seminarda bankın 300-ə yaxın əməkdaşı, İdarə Heyətinin rəhbərliyi və departament direktorları, həmçinin dəvətli qonaq qismində Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin baş analitiki Zaur Hacılı və Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev də iştirak ediblər.
Milli qanunvericiliyin və bankların daxili normativ bazasının tələblərinə əsasən, "VTB Bank (Azerbaijan)"da ÇPY/TM üzrə daxili nəzarət sistemi fəaliyyət göstərir ki, bu sistem Bank əməliyyatlarının monitorinqi İdarəsi və ÇPY/TM şöbəsi tərəfindən idarə olunur. İdarənin fəaliyyəti bank sistemi vasitəsilə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi prosesinə bankın cəlb olunması riskinin azaldılmasına yönəlib.
Seminarın birinci hissəsində iştirakçılar bank sektorunda ÇPY/TM üzrə qanunvericiliyin tələbləri və normativ baza ilə yaxından tanış olub, bankın struktur bolmələrinin əməkdaşlarının tez-tez yol verdiyi səhvlər, ÇPY/TM-in yaranma tarixi, bu sahə ilə bağlı maraqlı faktlar müzakirə edilib.
Seminarın ikinci hissəsində tədbir biliklərini qiymətləndirmək məqsədilə test imtahanı keçirilib.
Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “VTB Bank (Azerbaijan)" ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət