Azərbaycan 30 oktyabr-2 noyabr tarixlərində İtaliya Respublikasının Paestum şəhərində XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasında iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlər çərçivəsində ölkəmizə məxsus pavilyon qurulacaq, oktyabrın 30-da isə arxeoloji tədqiqatlara və onların inteqrasiyasına həsr olunmuş konfrans təşkil ediləcək.
Azərbaycanın layihədə xüsusi statusda iştirakı ilə bağlı nəzərdə tutulmuş əsas tədbirlərdən biri də 31 oktyabr tarixində milli mətbəximizin nümayişi ilə Azərbaycan gecəsinin təşkilidir. Tədbirdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi və məşhur caz ifaçısı Elçin Şirinov və qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulub.
Yarmarkada Azərbaycan üçün ayrılmış stend sahəsində quraşdırılmış kinoteatrda italyan və ingilis dillərində "Azərbaycan odlar yurdu" filminin, eləcə də Azərbaycanın irsinin və turizm potensialının təbliğinə həsr olunmuş video-kliplərin nümayişi həyata keçiriləcək.
Yarmarka çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bakı Olimpiya Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə 2015-ci ildə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatının da keçirilməsi nəzərdə tutulub.
Yarmarkada Azərbaycan nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev rəhbərlik edəcək.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət