Azərbaycan və Avropa İttifaqı artıq bir məkandır və “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılması bunun əyani sübutudur. Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
“Yeni mədəni marşrutların yaradılması Azərbaycan və Avropanın daha da yaxınlaşmasını təmin edəcək”, - deyə M.Mard cümə axşamı Bakıda keçirilən Avropa Şurasının Turizm Marşrutları üzrə III Məşvərət Forumunda bildirib.
Öz növbəsində Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç qeyd edib ki, mədəni dialoqun qurulması mədəni marşrutların yaradılması üçün tərkib hissələrdən biridir.
“Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşir və bu, həmin torpaqda çoxlu sayda xalq və müxtəlif din nümayəndələrinin yaşaması amillərindən biri olub”, - deyə D.Filipoviç bildirib.
Onun sözlərinə görə, Azərbaycan zəngin mədəni müxtəlifliyin nümayiş olunduğu meydançadır.
“Mədəni turizm marşrutlarının yaradılmasında yerli icmaların rolu vacibdir”, - deyə o qeyd edib.
D.Filipoviç əlavə edib ki, Azərbaycan dini və icma tolerantlığına, o cümlədən sabit və dinamik iqtisadi inkişaf məsələlərinə görə bir çox ölkə üçün nümunə ola bilər.
““Cənub qaz dəhlizi” layihəsi yalnız enerji marşrutu olmayacaq, həm də mədəni və mədəni-turizm münasibətlərinin inkişafına şərait yaratmağa imkan verəcək”, - deyə D.Filipoviç vurğulayıb.
Onun sözlərinə görə, birgə mədəni marşrutların inkişafı həm də Avropa məkanında sabitlik və təhlükəsizliyin təminatı üzrə tədbirlərin həyata keçirilməsi və iqtisadi sabitliyin təminatı və yeni iş yerlərinin yaradılması üçün şərait yaradır.
D.Filipoviç bildirib ki, ikigünlük forum zamanı həmçinin turizm münasibətlərinin inkişafının təminatı üçün əsas təşkil edən yeni mədəni marşrutların da layihələrinə baxılacaq.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət