Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, burada rus dilinin inzibati-məcburi üsullarla qorunub saxlanması məsələsi gündəmdə deyil. Bu barədə Azərbaycanın rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin bəyan edib.
“Azərbaycan xalqı rus dili və ədəbiyyatına hörmətlə yanaşır. Rus dilini öyrənmək arzusunda olanların sayı ildən ilə artır”, - deyə o, cümə axşamı Bakı Slavyan Universitetində Azərbaycandan və Gürcüstandan olan həmvətənlər üçün rus dilinin dəstəklənməsinə və qorunub saxlanmasına dair regional konfransda vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın rus icması Cənubi Qafqazda ən iri diaspordur və təxminən 120 min nəfərdən ibarətdir.
“Bizim üçün respublikada dilimizi, mədəniyyətimizi qoruyub saxlamaq çox vacibdir. Bəzi sovet respublikalarının orta və ali məktəblərdə rus dilini tədris etməkdən imtina etməsi əsl təhsildən imtina deməkdir. Bu, kiçik ərazi çərçivəsində qaçılmaz özünütəcrid etməkdir”, - deyə M.Zabelin vurğulayıb.
Rus icmasının rəhbəri qeyd edib ki, Azərbaycanda 100 mindən artıq uşaq və gənc rus dilində təhsil alır. Həmçinin 4 min şagird 16 rusdilli məktəbdə, 91 min nəfər tədrisin həm də rus dilində aparıldığı 330 məktəbdə və 16 min tələbə ali məktəblərin rusdilli fakültələrində təhsi alır.
“Rus dili ittifaqı mövcud olduğu dövr ərzində heç vaxt çoxmillətli regionun digər dillərinə qarşı yönəlməyib. İttifaq milli müxtəliflikdə dil və mədəniyyətlərin mənəvi birliyini qoruyub saxlayır və mühafizə edir. Bu, Azərbaycan dili və mədəniyyətinə də aiddir”, - deyə M.Zabelin qeyd edib.
Azərbaycandan və Gürcüstandan olan həmvətənlər üçün rus dilinin dəstəklənməsinə və qorunub saxlanmasına dair regional konfrans iştirakçı ölkələrin vahid informasiya-mədəni məkanının dəstəklənməsinə imkan yaradan effektiv tədbirlər kompleksinin müəyyən edilməsi məqsədi daşıyır. Proqram Moskva şəhərinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamenti tərəfindən işlənib hazırlanıb və “Moskva Beynəlxalq Əməkdaşlıq Mərkəzi” dövlət unitar müəssisəsi tərəfindən həyata keçirilir.
Rus dili mütəxəssisləri iki gün ərzində tədbirdə fikir mübadiləsi aparacaqlar. Bakı Slavyan Universitetində rusiyalı ekspertlərin, Azərbaycan və Gürcüstandan olan müəllimlərin iştirakı ilə plenar iclas keçiriləcək.
Konfransda təxminən 100 nəfər iştirak edir, onlardan 9 nəfəri Rusiyanı, 8 nəfəri isə Gürcüstanı təmsil edir.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət