Finlandiyanın Texnologiyalar və İnnovasiyaların Maliyyələşdirilməsi Agentliyinin (TEKES) nümayəndələri 2015-ci ildə Azərbaycana səfər edəcəklər. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat verilir.
Məlumatda vurğulanır ki, ötən həftə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) nümayəndə heyəti TEKES ilə əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə Finlandiyada səfərdə olub.
Əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı TEKES-in nümayəndələrinin 2015-ci ildə Azərbaycana səfərinin təşkilinə dair məsləhətləşmələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Avropanın ən böyük biznes parklarından biri olan “Spektri” biznes parkında olub, proqram təminatı və həllər sahəsində ixtisaslaşmış “Ecolane” şirkətində görüş keçirib.
TEKES Finlandiyada araşdırmalar, hazırlıq və innovasiyalar sahəsində fəaliyyəti maliyyələşdirən aparıcı dövlət təşkilatıdır.
Dövlət Fondunun fəaliyyətinin əsas məqsədi İKT sahəsində sahibkarlığın inkişafı və maliyyə dəstəyinin təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, ən yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, İKT sahəsində investisiya mühitinin yaxşılaşdırılması və s.-dir. 2013-cü ildə fond informasiya texnologiyaları sahəsində kredit və qrantların verilməsi üçün dövlət büdcəsindən 5 mln. manat alıb. Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsində bu məqsədlər üçün daha 5 mln. manatın ayrılması nəzərdə tutulub.
Fond müvəkkil kredit təşkilatlarının kreditlərin verilməsinə dair müraciətlərinə baxır. Müvəkkil kredit təşkilatları isə güzəştli kredit almaq istəyən sahibkarlıq subyektlərinin ərizələrini qəbul edir.
Vəsaitlərin istifadəsi qaydalarına əsasən, qaytarılan güzəştli kreditlər, eləcə də digər daxilolmalar Dövlət Fondunun hesabında qalır və təyinatına görə istifadə edilir.
Bununla yanaşı, fondun xətti ilə aşağıdakı şərtlərlə kreditlər verilə bilər: 10 000 manatdan 50 000 manatadək – kiçik həcmli kreditlər, verilmə müddəti - 3 ilədək; 50 001 manatdan 500 000 manatadək – orta həcmli kreditlər; verilmə müddəti - 5 ilədək, 500 001 manatdan 5 000 000 manatadək – iri həcmli kreditlər, verilmə müddəti - 10 ilədək.
Kreditlər illik 1% dərəcəsi ilə verilir.
Bundan əlavə, fondun xətti ilə 10 000 manatdan 100 000 manatadək kiçik həcmli, 100 001 manatdan 200 000 manatadək orta həcmli, 200 001 manatdan 300 000 manatadək iri həcmli qrantlar veriləcək.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət