Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) informasiya cəmiyyətinin inkişafına dair 2014-2017-ci illəri əhatə edən Dövlət Proqramı layihəsinin hazırlanmasını başa çatdırıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
Dövlət Proqramı layihəsi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi çərçivəsində hazırlanıb.
“Dövlət Proqramı layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb, tədbirlər üzrə tələb olunan maliyyə vəsaitləri müəyyənləşdirilib və hazırda Maliyyə Nazirliyi ilə razılaşdırılır”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2014-cü ilin aprel ayında “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Milli Strategiyanın məqsədi Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasıdır. Buna nail olmaq üçün informasiya və telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi, biznes qurumlarının və cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, “elektron hökumət” portalının genişləndirilməsi zəruridir.
Milli Strategiya iki mərhələdə - 2014-2017-ci və 2018-2020-ci illərdə həyata keçiriləcək. Strategiyanın reallaşdırılması “AZ” milli domen zonasında fəaliyyət göstərən internet resurslarının sayının artmasına, təhsil müəssisələrinin genişzolaqlı internetlə təmin olunmasının 100%-ə çatdırılmasına, kosmik sənayenin inkişafına, İKT sektorunun əsas göstəricilərinin inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatdırılmasına, ölkədə İKT infrastrukturunun inkişaf etdirilməsinə və s. imkan yaratmalıdır.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət