Milli Tolerantlıq Mərkəzi və Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası əməkdaşlığa dair konkret təkliflərin hazırlanması üçün razılığa gəliblər. Bu barədə cümə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Razılıq Assosiasiyanın nümayəndələrinin Bakıda Milli Tolerantlıq Mərkəzi ilə tanışlığı zamanı əldə edilib.
Fransa parlamentinin üzvlərindən, hüquqşünas, jurnalist, elm və mədəniyyət xadimlərindən ibarət heyətə mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilmiş sosial, mədəni və akademik layihələr, o cümlədən gələcək planlar haqqında geniş məlumat verilib.
Görüş zamanı mərkəzin icraçı direktoru Elmin Əliyev qeyd edib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu tarixi məkandır.
O vurğulayıb ki, DQİDK-nın dəstəyi ilə reallaşdırılan bu layihənin əsas məqsədi Azərbaycanda tarixən mövcud olmuş birgəyaşayış ənənəsinin, qarşılıqlı hörmət prinsipinin yaşadılması, habelə Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılmasıdır.
Görüşdə iştirak edən qeyri-müsəlman icma nümayəndələri Azərbaycanda bütün dinlərə və millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirildiyini, dövlət tərəfindən bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləndiyini vurğulayıblar.
Öz növbəsində Assosiasiyanın nümayəndələri ölkədəki milli-mənəvi dəyərlərin əhəmiyyətini, tolerantlıq ənənəsinin unikallığını vurğulayıblar və bu sahədə görülən işləri yüksək qiymətləndiriblər.
Nümayəndə heyətinin başçısı Jan-Fransua Mansel Azərbaycan tolerantlıq modelinin Fransada tanıdılması üçün əməkdaşlığa hazır olduqlarını qeyd edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət