Milli Məclis noyabrın 18-də 2015-ci ilin dövlət büdcəsinin layihəsi üzrə müzakirələrə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
“Parlament noyabrın 18-20-də 2015-ci ilin büdcə paketinin, o cümlədən gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi üçün gündəlik iclaslar keçirməyi planlaşdırır”, - deyə parlamentdən bildirilib.
Xəbər verildiyi kimi, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat, kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 112 mln. manat (artım 0,1%), Dövlət Gömrük Komitəsinin xətti ilə 1 mlrd. 590 mln. manat (artım 5,3%), Dövlət Neft Fondundan transfertlər 10 mlrd. 388 mln. manat səviyyəsində proqnozlaşdırılır, qalanı digər gəlirlərin payına düşür.
2015-ci ildə dövlət büdcəsinin sosial xərcləri 5 mlrd. 826 mln. manat və ya dövlət büdcəsinin bütün xərclərinin 27,6%-ni təşkil edəcək. 2014-cü illə müqayisədə dövlət büdcəsinin sosial xərcləri 9,2% artacaq.
Xərclərin strukturunda ümumdövlət xərcləri 2 mlrd. 46,5 mln. manat, müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat, təhsil xərcləri 1 mlrd. 711,2 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri 2 mlrd. 40,5 mln. manat, səhiyyə xərcləri 777,7 mln. manat məbləğində nəzərdə tutulub.
Bundan əlavə, 2015-ci ildə dövlət əsaslı vəsait qoyuluşları 6 mlrd. 930 mln. manat, dövlətin xarici borclarına xidmətlə bağlı xərclər 703 mln. manat səviyyəsində proqnozlaşdırılır. Qalan məbləğ digər xərclərin payına düşür.
Gələn ilin dövlət büdcəsi bir barel neftin $90 həcmində orta qiymətinə əsasən hazırlanıb.
Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət