Azərbaycan və İran yeni təhlükə və beynəlxalq hüquq normalarını pozan çağırışlara qarı BMT-nin potensialından istifadəni vacib hesab edir. İran prezidenti Həsən Ruhaninin Bakıya rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə”də belə qeyd edilib.
Bəyannamənin mətni cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
Sənəddə tərəflər beynəlxalq hüquq qaydasına yeni təhdid və çağırışlara qarşı Birləşmiş Millətlər Təşkilatının potensialından effektiv istifadənin vacibliyini qeyd edərək, terrorizm, separatizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi və transsərhəd cinayətkarlığa qarşı mübarizədə ikitərəfli əsasda və BMT qurumlarında birgə fəaliyyətə hazır olduqlarını bəyan edib və BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər universal və regional təşkilat və forumlarda qarşılıqlı fəaliyyəti möhkəmləndirmək niyyətlərini bildiriblər.
Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.
Bakı və Tehran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlər arasında birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Tərəflər Həştərxan şəhərində baş tutmuş Xəzər zirvə toplantısının nəticələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər, iki ölkə arasında mədəniyyət və incəsənət, elm və səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə səy göstərəcəklərlərini bildiriblər.
F.İsazadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət