Rusiya-Ukrayna böhranının Azərbaycanda iqtisadi proseslərə təsiri cüzi olacaq. Dünya Bankının
Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Tak belə hesab edir.
“Azərbaycanda və regionda iqtisadi proseslərə Rusiya-Ukrayna böhranının təsirinə gəlincə, bu gün tam mənzərəni təsvir etmək hələ çətindir. Bir tərəfdən Rusiyada iqtisadi artım səviyyəsinin azalması Azərbaycandan bu ölkəyə ixracın azalmasına səbəb olacaq. Digər tərəfdən Azərbaycanın ixrac əməliyyatlarından əldə etdiyi gəlirlərin 86%-i müxtəlif ölkələrin bazarlarında neft və qaz satışından formalaşır”, - deyə L.Tak "Region +" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın qeyri-neft ixracı strukturunda mühüm mövqe tutur və rublun məzənnəsinin aşağı düşməsi, həmçinin Qazaxıstan təngəsinin ucuzlaşması Azərbaycan mallarının rəqabətə davamlılığına mənfi təsir göstərə bilər.
Rusiya valyutası ilə bağlı vəziyyət Azərbaycana pul köçürmələrinin səviyyəsinə də təsir edə bilər, “lakin burada qlobal təhlükələr azdır, çünki onların həcmi Azərbaycanda ÜDM-in cəmi 2%-nə bərabərdir”.
“Bununla yanaşı, Azərbaycan ABŞ və Avropadan müəyyən məhsulların Rusiyaya idxalına qadağadan istifadə edərək bu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracını genişləndirə bilər. Gördüyümüz kimi, Azərbaycan iqtisadiyyatına siyasi böhranın təsirinin bir neçə variantı var və onlardan hansının sonda üstünlük təşkil edəcəyini demək çətindir. İstənilən halda düşünürəm ki, təsir (Rusiya-Ukrayna böhranının - İF-Az) cüzi olacaq”, - deyə o əlavə edib.
L.Tak qeyd edib ki, DB-nin proqnozlarına əsasən, 2014-cü ildə Azərbaycanda iqtisadi artım 4,5% (daha əvvəl 5,2% səviyyəsində proqnozlaşdırılmışdı - İF-Az) təşkil edəcək, bu isə əsasən ölkədə neft hasilatının səviyyəsinin azalması ilə əlaqədardır. “Buna görə Azərbaycanın qeyri-neft sektoru üzrə proqnozlar da azaldılıb. Çünki neft satışından daxilolmaların həcminin azalması dövlət xərclərinin azalmasına, bu isə öz növbəsində qeyri-neft sektorunun gözlənilən nəticələrinə təsir göstərir”, - deyə o vurğulayıb.
2015-ci il üçün iqtisadi artım proqnozu cüzi - 4%-ə qədər azaldılıb. “Səbəb eynidir - neft hasilatının azalmasının davam etməsi. Eyni zamanda, dünyada iqtisadi artım proqnozlarının nisbətən aşağı olmasını nəzərə alaraq, ümumilikdə gələn il neftə tələbatın azalacağını gözləyirik, bu isə həmin yanacaq növünün qiymətlərinə təsir göstərəcək və aşağı səviyyədə saxlayacaq”, - deyə bankın vitse-prezidenti əlavə edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət