Gəncədə “Azərbaycan - tolerantlığa nümunə ölkə” mövzusunda konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbir qərb bölgəsinin din xadimlərinin iştirakı ilə keçirilib.
“Azərbaycan dünyanın o nadir ölkələrindəndir ki, bir kilometr xəttin üzərində üç səmavi dinin üçünün də məbədgahı var. Hər üçü bir-birinə qarşılıqlı hörmət və ehtiram əsasında fəaliyyət göstərir. Bunlar Təzəpir məscidi, Aleksandr Nevski kilsəsi və yəhudi sinaqoqudur”, – deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib.
Konfransda qeyd edilib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, burada Qırmızı qəsəbə adlanan yerdə kompakt şəkildə 4 mindən artıq yəhudi yaşayır.
“Ölkəmizdə 2 min ilə yaxındır ki, yəhudilər, xristianlar və digər milli azlıqlar yaşayırlar və onların ulu babaları alban-udi kilsələrinin əsasını qoyublar. 1918-ci ildə Azərbaycan parlamenti formalaşanda onun tərkibində rusların, polyakların, yəhudilərin nümayəndələri olub. Elə bu gün də Milli Məclisdə milli azlıqların nümayəndələri təmsil olunur”, – deyə S.Salahlı qeyd edib.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət