“Səba” ASC AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun toyuq və toyuq məhsulları istehsalına dair sertifikat alıb. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) məlumat verilib.
“AzeSert Halal” orqanının sertifikatlaşdırdığı məhsullar “Səba” əmtəə nişanlı broyler cücə əti, toyuq əti hissələri, toyuq içalatıdır. Bu, Azərbaycanda “Halal” dövlət standartına uyğun olaraq toyuq məhsullarının istehsalçısına verilən ilk sertifikatdır”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, adıçəkilən məhsulların “Halal” qaydalara uyğun istehsal şəraiti də AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər”, ГОСТ 25391-1982 “Мясо цыплят-бройлеров. Технические условия”, AZS 540-2010 “Quş əti və əlavə quş əti məhsullarından hazırlanan yarımfabrikatlar. Ümumi texniki şərtlər”, AZS 299-2008 “Toyuq içalatı. Texniki şərtlər” standartlarının tələblərinə uyğun gəldiyi üçün müvafiq sertifikatla təmin olunub.
Sertifikatlaşdırma iki ay ərzində aparılmış araşdırmaların nəticəsində həyata keçirilib.
Araşdırma prosesində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yuklənib boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət edilməsi vacib olan umumi qaydaların, habelə toyuqların yetişdirilməsindən başlayaraq satış məntəqələrinə daşınmasına qədər olan bütün mərhələlərdə tələblərin müəssisə tərəfindən icra vəziyyəti öyrənilib.
Bundna başqa, “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı alan “Səba” ASC-yə məhsullarının üzərində Komitə tərəfindən təsdiq olunmuş əmtəə nişanından istifadə etmək hüququ verilib.
“Halal” standartının tətbiqinə 2012-ci il avqustun 1-dən başlanılıb. Standartın tələblərinə uyğun olaraq məhsulun bütün istehsal və daşınma prosedurları İslam dininin normaları əsasında həyata keçirilməlidir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət