Dünya bazarlarında neftin qiymətinin $60-dək azalması Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icra edilməsinə problem yaratmayacaq. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə axşamı parlamentdə “Azərbaycanın 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən bildirib.
“2015-ci il üçün dövlət büdcəsində bir barel neftin qiyməti $90 səviyyəsində müəyyən edilib, bu isə dünya bazarlarında neftin cari orta qiymətindən $12 çox, cari il ərzində orta ölçülmüş qiymətdən $18 azdır”, - deyə S.Şərifov bəyan edib.
Onun sözlərinə görə, son üç ay ərzində dünya bazarlarında neftin qiymətinin 20% azalmasına baxmayaraq, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin xərclərinin maliyyələşdirilməsi ilə bağlı problemlər yaranmayacaq.
Nazirin fikrincə, qiymətlərin ucuzlaşmaqda davam etməsi xərclərin maliyyələşdirilməsinə də ciddi əngəl törətməyəcək.
“Buna baxmayaraq, etiraf etmək lazımdır ki, dünya bazarlarında təklifin artması fonunda neftə tələbatın azalması, həmçinin xüsusilə Asiya ölkələrində dünya iqtisadiyyatının artım tempinin azalması müəyyən zaman kəsiyində ixracatçı ölkələrin, o cümlədən Azərbaycanın gəlirlərinin azalmasına səbəb olacaq. Hesab edirik ki, bu səbəb müvəqqəti xarakter daşıyır və neftin qiymətlərinin aşağı səviyyədə saxlanılması üçün iqtisadi əsas çox azdır. Buna baxmayaraq, qiymətin aşağı səviyyədə saxlanılması (bir barel $90-dan az) ortamüddətli perspektivdə bizə problemlər yaratmayacaq”, - deyə S.Şərifov vurğulayıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət