Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ilin I yarısında “UnionPay” ödəniş sistemi kartlarının emissiyasına başlamağı planlaşdırır. Bu barədə ABB-nin baş direktoru Elmir Həbibullayev çərşənbə günü mətbuat konfransında məlumat verib.
2014-cü il noyabrın 19-dan etibarən ABB xidmət şəbəkəsində “UnionPay” sisteminin kartlarının qəbuluna başlayıb.
“2015-ci ilin birinci yarısında ABB “UnionPay” sisteminin kartlarının emissiyasına başlayacaq. Srtifikatlaşdırma ilə bağlı bütün zəruri prosedurlar artıq keçirilib”, - deyə E.Həbibullayev “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavbaında bildirib.
Onun sözlərinə görə, hazırda ABB 4 “qərb” ödəniş sistemi (Visa, MasterCard, American Express və s.) ilə əməkdaşlıq edir, ancaq bank “şərq” ödəniş sistemləri ilə də əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Xüsusilə “UnionPay” (Çin) və “JCB” ilə (Japan Credit Bureau, Yaponiya).
“Bu gün Azərbaycanda çoxsaylı iri beynəlxalq tədbirlər keçirilir. Gələcək illərdə bu cür tədbirlərin sayı arta bilər. Müvafiq olaraq Azərbaycana gələn turistlərin sayı da artacaq. Onların rahatlığı üçün ABB iri ödəniş sistemləri, o cümlədən “UnionPay” ilə əməkdaşlığı inkişaf etdirir”, - deyə E.Həbibullayev qeyd edib.
O vurğulayıb ki, hazırda dünyada 4,5 mlrd. ədəd “UnionPay” sisteminin kartı buraxılıb, son bir il ərzində onların sayı 1 mlrd. artıb.
“Gələcəkdə ABB tərəfindən “UnionPay” kartlarının buraxılışı Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının artımı nəzərə alınmaqla, müştərilərimizə də maraqlıdır”, - deyə bankın baş direktoru əlavə edib.
“UnionPay Inernatonal” şirkətinin inkişaf üzrə baş meneceri Larry Wang, öz növbəsində vurğulayıb ki, hazırda “UnionPay” sistemi 140-dan artıq ölkədən olan 400 maliyyə institutu ilə əməkdaşlıq edir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət