İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) indiyədək ümumilikdə 1,5 mlrd. manat məbləğində güzəştli kreditlər verib. Bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev “Vergilər” qəzetinə (Vergilər Nazirliyinin mətbu orqanı - İF-Az) müsahibəsində bildirib.
“24 minə qədər sahibkar kredit alıb. Kreditlər 126 mindən artıq iş yeri yaratmağa imkan verib”, - deyə Ş.Abdullayev söyləyib.
O qeyd edib ki, güzəştli kreditlərin 67,3%-i kənd təsərrüfatı, 32,7%-i digər sahələrin inkişafına yönəldilib.
“Son illər fond yeni texnologiyalara əsaslanan layihələrin kreditləşdirilməsinə 894,6 mln. manat vəsait yönəldib. 332 bu cür investisiya layihəsinin ümumi dəyəri 1,9 mlrd. manat təşkil edir. 253 layihənin reallaşdırılması başa çatıb, 79 layihə üzrə tikinti-quraşdırma işləri davam etdirilir”, - deyə Ş.Abdullayev vurğulayıb.
Fondun rəhbəri bildirib ki, SKMF son illər ərzində 119 sənaye müəssisəsinin maliyyələşdirilməsinə 382,6 mln. manat yönəldib. Onlardan 88 müəssisə artıq istismara verilib, 31 müəssisənin inşası davam edir.
Ş.Abdullayev qeyd edib ki, SKMF 47 müvəkkil kredit təşkilatı, o cümlədən 30 bank, 2 bank olmayan kredit təşkilatı və 15 kredit ittifaqı ilə əməkdaşlıq edir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat kredit verməyi planlaşdırır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət